Bakı Slavyan Unviersitetinin (BSU) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin nəzdində fəaliyyət göstərən hazırlıq kurslarında təhsil alan bir qrup əcnəbi tələbəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya ediblər.
BSU-dan "Tehsil.biz"ə bildirilib ki, əcnəbi tələbələrə bələdçilər tərəfindən muzeyinin yaranma tarixi, o cümlədən, Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ekspozisiya zalları haqqında geniş məlumat verilib.
Muzeyin rəhbəri, akademik, millət vəkili Rəfail Hüseynovun səmimi söhbətləri isə tələbələr tərəfindən maraqla qarşılanıb.